Nazir müavinləri "Dubay Aviaşou - 2025"də
Azərbaycan nümayəndə heyəti dünyanın aparıcı beynəlxalq şirkətlərinin təmsil olunduğu sərgidə təqdim edilən hərbi aviasiya, qlobal aeronavtika, süni intellektlə dəstəklənən innovasiyalar və kosmik tədqiqatlarla tanış olub.
Səfər çərçivəsində bir sıra şirkət rəhbərləri ilə görüşlər keçirilib, hərbi-texniki əməkdaşlığa dair maraq doğuran məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC sərgidə ilk dəfə olaraq ölkəmizi stendlə təmsil edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


