Günay Bayramova Azərbaycanın COP29-da göstərdiyi liderliyin - xüsusilə “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Bəyannamə”nin qəbuluna verdiyi dəstəyin turizm sektorunun qlobal iqlim gündəmində daha geniş tanınmasına mühüm töhfə verdiyi iştirakçıların diqqətinə çatdırıb.
O bildirib ki, COP29 təcrübəsi turizmin bir çox ölkənin iqlim siyasətində hələ də lazımi qədər nəzərə alınmadığını göstərib və bu səbəbdən milli və beynəlxalq səviyyədə turizmlə iqlim siyasətlərini əlaqələndirə biləcək qlobal tərəfdaşlıq mexanizminin formalaşdırılması zəruridir.
Müzakirələrdə yaradılmaqda olan "Qlobal Tərəfdaşlıq" təşəbbüsünün ölkələr və biznes subyektləri arasında koordinasiyanı gücləndirən mühüm platforma rolunu oynaya biləcəyi bildirilib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) bu il 10-21 noyabr tarixlərində Braziliyanın Belem şəhərində keçirilib. 19-20 noyabr tarixləri "Turizm günləri" olaraq təşkil edilib.
Turizm mövzusu COP tarixində ilk dəfə 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində 20 noyabr tarixinin "Turizm günü" olaraq gündəliyə daxil edilməsi ilə xüsusi diqqətdə saxlanılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


