Trampın keçmiş tərəfdarı istefaya gedir

   Trampın keçmiş tərəfdarı istefaya gedir
  22 Noyabr 2025    Oxunub:1071
ABŞ-nin Nümayəndələr Palatasının Respublikaçılar partiyasından olan üzvü Marcori Teylor Qrin 2026-cı ilin yanvar ayında istefa verəcəyini açıqlayıb.
AzVision.az bildirir ki, onun bəyanatında “Mən istefa verirəm, yanvarın 5-i ofisdəki son günüm olacaq” deyilir.

Xanım Marcori Qrinin istefası ABŞ prezidenti Donald Trampla ictimai mübahisədən sonra baş verib. Siyasətçini dəstəkləçməkdən imtina edən Amerika lideri onu “dəli” adlandırıb.

“Hamımızın uğrunda mübarizə apardığımız prezidentin təhqiredici və nifrət dolu hücumlarına dözməmək üçün həddən artıq özünə hörmət və ləyaqətə malikəm. İndi prezident onu dəstəkləməyənləri özünə yaxınlaşdırır, tərəfdarlarını isə uzaqlaşdırır”, - ötənilki prezident seşkiləri kampaniyasında qətiyyətli şəkidə dəstəkləyən Qrin “X” sosial şəbəkəsində yazıb.

Kiyevin əsas tərəfdarı vəzifədən gedir
Son həftələrdə Marcori Telor Qrin Donald Trampı xarici siyasətə çox diqqət yetirdiyinə və ölkə daxilində daxili gündəliyi ilə kifayət qədər məşğul olmadığına görə tənqid edir.

O, həmçinin Ədliyyə nazirliyinini məhkum olunmuş fahişəlik və pedofil şəbəkəsinin lideri Ceffri Epsteynlə bağlı sənədləri yayımlamağa məcbur edib ki, Tramp da ciddi müqavimətdən sonra nəhayət bununla razılaşıb.

Siyasətçi “X” sosial şəbəkəində etdiyi paylaşımında respublikaçıların 2026-cı ilin noyabrında “aralıq seçkilərini çox güman ki, uduzacaqlarını” və bunun Trampın impiçmentinə səbəb ola biləcəyini vurğulayıb.

Xatırladaq ki, iki gün əvvəl Amerika liderinin daha bir tərəfdaşı, 2026-cı ilin yanvarında səlahiyyət müddəti başa çatan ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun Donald Tramp administrasiyasını tərk etməyə hazırlaşdığı barədə məlumat açıqlanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Qrin   istefa  



Xəbər lenti