Braziliyanın sabiq prezidenti həbs edilib

Braziliyanın sabiq prezidenti həbs edilib
  22 Noyabr 2025    Oxunub:456
Braziliyanın sabiq prezidenti Jair Bolsonaru federal polis tərəfindən evində həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunur ki, həbs Ali Federal Məhkəmə tərəfindən sanksiyalaşdırılıb və qabaqlayıcı xarakter daşıyır.

Məlumata görə, bir gün əvvəl siyasətçinin oğlu, senator Flavio Bolsonaru tərəfdarları keçmiş prezidentin iqamətgahı qarşısında piket keçirməyə çağırıb. Polis hesab edib ki, bu aksiya iştirakçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təhlükə yarada bilər.

J.Bolsonaru yerli vaxtla təxminən səhər saat 06:00 radələrində həbs edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti