ABŞ və Ukrayna nümayəndələri Cenevrədə sülh planını müzakirə edəcək

ABŞ və Ukrayna nümayəndələri Cenevrədə sülh planını müzakirə edəcək
  22 Noyabr 2025    Oxunub:501
ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkov və senator Marko Rubio ABŞ-nin Ukrayna ilə bağlı sülh planını müzakirə etmək üçün Cenevrədə keçiriləcək görüşdə iştirak edəcəklər.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, danışıqlar ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə baş tutacaq, Rusiyanın iştirakı isə gözlənilmir.

ABŞ ordusunun katibi Daniel Driskoll artıq İsveçrəyə gəlib. Ukrayna nümayəndə heyətinin bu axşam Cenevrəyə çatacağı gözlənilir.

Görüş Vaşinqtonun müharibəyə son qoymaq üçün planlaşdırdığı diplomatik səylərə hazırlıqda əsas addım kimi qiymətləndirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti