Argentina G20-nin yekun sənədini dəstəkləməyib
"Argentina Yohannesburqda keçirilən G20 liderlərinin sammiti zamanı yayılan yekun sənədi dəstəkləməyib", - bəyanatda deyilir.
Həmçinin qeyd olunub ki, bu qərar G20-nin fəaliyyətini tənzimləyən konsensus qaydalarının pozulması, eləcə də geosiyasi məsələlərlə bağlı fikir ayrılıqları ilə bağlıdır. “Ölkəmiz təəssüflənir ki, yekun sənəd bütün forum üzvlərinin, o cümlədən Argentina və digərlərinin konsensusu olmadan təsdiq edilib”, - deyə ölkənin Xarici İşlər Nazirliyi bildirib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


