Sabah 21 dərəcə isti olacaq

Sabah 21 dərəcə isti olacaq
  23 Noyabr 2025    Oxunub:514
Noyabrın 24-də gözlənilən hava proqnozu açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda və Abşeron yarımadasında külək əsəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % olacaq.

Azərbaycanın rayonlarında arabir duman olacaq

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti