Baş Prokurorluq təsdiqlədi: Yanğına görə 1 nəfər tutulub

Baş Prokurorluq təsdiqlədi:    Yanğına görə 1 nəfər tutulub
  23 Noyabr 2025    Oxunub:2598
Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə nəticələnmiş yanğın faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə 1 nəfər şübhəli şəxs qismində tutulub. Baş Prokurorluğun Mətbuat xidməti bununla bağlı mediada yayılan məlumatları təsdiqləyib.
Bununla yanaşı, Baş Prokurorluğun Mətbuat xidməti media nümayəndələri və ictimaiyyətə müraciət edərək bildiririb ki, zərərçəkmiş şəxslərin hüquqları nəzərə alınmaqla, ibtidai istintaqın gedişinə dair qeyri-rəsmi mənbələrdən əldə olunan və dəqiqləşdirilməmiş həssas informasiyaların paylaşılması cəmiyyət arasında çaşqınlıq səbəb olur, eləcə də istintaqın obyektivliyinə zərər vurur.

"Bütün rəsmi və təsdiqlənmiş məlumatlar qısa zamanda yalnız Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təqdim olunacaq. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, ibtidai istintaqla bağlı məlumat yayarkən qanunvericiliyin tələbləri rəhbər tutulmaqla, yalnız rəsmi mənbələrə istinad etsinlər, hüquqi əsası və təsdiqi olmayan informasiyaların yayılmasına yol verməsinlər. İctimaiyyəti bir daha əmin edirik ki, cinayət işi üzrə istintaq tam, obyektiv və qanun çərçivəsində aparılır, nəticələr barədə əlavə məlumat veriləcəkdir”,- deyə məlumatda qeyd olunur.


Teqlər: Yanğın   Prokurorluq  



Xəbər lenti