Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq
  23 Noyabr 2025    Oxunub:517
Sabah Sumqayıtda 750 abonentə qazın verilişində fasilələr olacaq.

AzVision.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Bildirilib ki, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 24-ə saat 10:00-dan etibarən şəhərin Çerkassı küçəsində qazın verilişində məhdudiyyət yaranacaq.

İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa olunacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti