Gürcüstan parlamentinin sədri: "Zəngəzur dəhlizi bölgə üçün faydalı olacaq"
Şalva Papuaşvili bildirib ki, Gürcüstan Zəngəzur dəhlizi təşəbbüsünü alqışlayır: “Azərbaycanla Ermənistan arasında sülh sazişi bütövlükdə bölgə üçün yeni perspektivlər açır və bu, yalnız nəqliyyat dəhlizinin funksiyası ilə bağlı deyil. Bu, daşıyıcılara daha yaxşı şərtlərin təklif olunması baxımından vacibdir və rəqabət buna daha əlverişli zəmin yaradır. Digər tərəfdən, bu, regionun sabitliyinin göstəricisidir. Sabitlik həm dəhliz ətrafında infrastruktur təminatına, həm də bölgədə müxtəlif sahələrə investisiyaları artıracaq".
Teqlər: Zəngəzur







Vaxtında, Aydın, Lazımlı!


