AzVision.az xəbər verir ki, tədbirlərdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları tərəfindən uşaq hüquqlarına dair mövcud normativ hüquqi aktlar və hüquqi müdafiə vasitələri barədə məlumat verilib.
Eyni zamanda, uşaqların zorakılıq və istismardan müdafiəsi, uşaq hüquqlarının səmərəli təmininə dair məsələlərlə bağlı Müvəkkil tərəfindən görülən işlər və irəli sürülən təkliflər diqqətə çatdırılıb.
Tədbirlərdə mövzu üzrə fikir mübadilələri aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici vəsaitlər təqdim olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


