“Hazırda Amerikadan başqa G7-nin digər üzvləri arasında Rusiyanı yenidən qrupa qəbul etmək istəyini görmürəm. Hesab edirəm ki, G8 formatına qayıtmaq yalnız konsensusla razılaşdırıla bilər”, - Fridrix Merts vurğulayıb.
Fransa prezidenti Emmanuel Makron da Rusiyanın readmissiyası üçün heç bir ilkin əsasın olmadığını qeyd edib.
Xatırladaq ki, ABŞ-nin ötən həftə təqdim etdiyi Ukrayna üzrə “sülh planı”nda Rusiyanın G8 formatında təmsil oluna bilməsini nəzərdə tutan müddəa da öz əksini tatıb.
|
| Tramp bu həftə Zelenski ilə görüşə bilər |
Mertsin sözlərinə görə, Cənubi Afrika Respublikasında (CAR) keçirilən G20 sammitinə getməzdən əvvəl, noyabrın 21-də ABŞ prezidenti Donald Trampla telefonla bu planı müzakirə edib.
- Mən ona dedim ki, bəzi məqamlarda razılığa gələ bilərik, digərləri üzrə isə yox. Berlinin Kiyevi tam dəstəklədiyini və Ukraynanın suverenliyinə xələl gətirməyi qəbuledilməz saydığımı ona çatdırdım”, - Almaniya kansleri iddia edib.

Fridrix Merts həmçinin “sülh planı”nın bütün 28 bəndinin ABŞ prezidentinin istədiyi kimi 27 noyabr tarixinə qədər razılaşdırıla biləcəyinə şübhə etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda yalnız aralıq nəticələr əldə etməkdən söhbət gedə bilər.
“Biz hazırda bu planın hansı hissəsinin bir tərəfdən avropalılar, amerikalılar və Ukrayna, digər tərəfdən isə Rusiya tərəfindən yekdilliklə təsdiqlənməsinin mümkün olması varinatını aydınlaşdırırıq”, - Almaniya hökumətinin başçısı deyib.
Ən əsası isə, Almaniya kansleri Trampın planında ABŞ-nin Ukraynaya yatırılan dondurulmuş Rusiya aktivlərindən gəlirin yarısını alacağını nəzərdə tutan bəndi xüsusi tənqid edib.
- Rusiyanın Brüsseldə yerləşən dondurulmuş aktivləri amerikalılara ödənilə bilməz. Bu, ağlasığmazdır. Ona görə də bu planın həyata keçirilməsi üçün Avropanın dəstəyi mütləq lazımdır”, - Fridrix Merts Almaniyanın və onun avropalı müttəfiqlərinin narahatlığının ən önəmli səbəbini açıqlayıb.
Yeri gəlmişkən, "CBS" telekanalının yaydığı məlumata görə, "sülh planı"nın müzakirəsi üçün Ukrayna prezidenti Volodimir Zelenskinin bu həftə ABŞ-yə səfər edə bilər.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


