Çin XİN: "Rusiya ilə əməkdaşlığımız dinc qlobal nizama yönəlib"

      Çin XİN:    "Rusiya ilə əməkdaşlığımız dinc qlobal nizama yönəlib"
  24 Noyabr 2025    Oxunub:909
"Çin və Rusiyanın hərtərəfli strateji əməkdaşlığı hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib. Bu əməkdaşlıq yalnız sülhyönümlü qlobal inkişafa əsaslanır".
Bu sözləri Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Nin yerli mətbuata açıqlamasında dilə gətirib. O, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın Pekin və Moskva ilə əlaqədar sözlərinə münasibət bildirib. Belə ki, xanım nümayəndənin iddiasına görə, "Rusiya, Belarus, Çin və Şimali Koreya dünya nizamını dəyişdirirlər: "Şanxay Əməkdaşlıq Təşkilatının sammitində də üzə çıxdı ki, bu dörd ölkə gücün hakim kəsildiyi dünya nizamına qayıtmaq istəyir".

"Ölkələrimiz ikitərəfli münasibətləri daha da irəliyə aparır, bloklara qoşulmamaq, qarşıdurma yaratmamaq və üçüncü tərəfləri hədəf almamaq prinsiplərinə əsaslanan praqmatik əməkdaşlıq həyata keçirir, qlobal dinc inkişafa töhfə verirlər", - çinli mətbuat katibi söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Çin   Rusiya   əməkdaşlıq  



Xəbər lenti