Ağ Ev: “Kiyev Vaşinqtonun planı ilə razılaşıb”

      Ağ Ev:    “Kiyev Vaşinqtonun planı ilə razılaşıb”
  24 Noyabr 2025    Oxunub:1033
Noyabrın 23-də Cenevrədə keçirilən danışıqlarda Ukrayna nümayəndə heyəti məsləhətləşmələr zamanı hazırlanan sülh sazişi layihəsinin Kiyevin maraqlarına uyğun olduğunu təsdiqləyib.
AzVision.az xəbər verir ki, Cenevrədəki danışıqların nəticələrinə əsasən Ağ Evin yaydığı bəyanatda belə deyilir.

“Müzakirələr mövqelərin razılaşdırılmasında və aydın növbəti addımların müəyyənləşdirilməsində əhəmiyyətli irəliləyiş nümayiş etdirdi. Onlar təsdiqləyiblər ki, istənilən gələcək saziş Ukraynanın suverenliyinə tam zəmanət verməli və davamlı və ədalətli sülhü təmin etməlidir”, - ABŞ administrasiyasının saytında yerləşdirilən bəyanatda bildirilir.

The Economist: “Rubio Ukraynanı xilas edib”
Açıqlamada vurğulanır ki, Kiyev və Vaşinqton yaxın günlərdə birgə təkliflər üzərində “intensiv işi” davam etdirmək niyyətindədirlər. Eyni zamanda “sülhün təmin edilməsi” “Ukraynanın təhlükəsizliyinin, sabitliyinin və yenidən qurulması” prosesində Avropa müttəfiqləri ilə “sıx təmasda” qalmaq niyyəti qeyd olunur.

- ABŞ Avropa dövlətlərini Ukrayna və Rusiya arasında danışıqlara yaxın buraxmaya bilər. Vaşinqtonun avropalıları prosesdən “kənarlaşdırmağa” çalışacağı ilə bağlı narahatlıq var”, - avropalı diplomat istinad edən “CNN” telekanalı, öz növbəsində, vurğulayıb.

Mənbənin sözlərinə görə, ABŞ Rusiya tərəfi ilə ayrıca görüş hazırlayır: “Bu, tezliklə baş verəcək, lakin Cenevrədə baş tutmayacaq”.

“ABC” telekanalının və “The New York Times (NYT)” nəşrinin mənbələri də daha əvvəl bu cür əlaqələrin olduğunu vurğulamışdılar.

Xatırladaq ki, Böyük Britaniyanın “The Economist” nəşrinin məlumatına görə, ABŞ-nin Dövlət katibi Marko Rubio noyabrın 23-də Cenevrədə keçirilən danışıqlarda Vaşinqtonun “sülh planı”nı Ukraynanın mənafeyinə uyğun şəklidə korrektə edə bilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Kiyev   razılıq  



Xəbər lenti