Onun szölərinə görə, Ukraynada sülh üçün zəmin yaratmaq bir müddətdir ki, davam edən məsələdir. Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyətə baxışını amerikalı həmkarı Donal Trampla dəfələrlə müzakirə etdiyini bildirib.
“Biz inanırıq ki, ədalətli sülhdə heç bir uduzan tərəf olmayacaq. Əminik ki, ədalətli sülhə gedən yol danışıqlardan və görüşlərdən keçir. Hazırda təklif olunan sülh planının sülh yolu ilə nizamlanma üçün əsas ola biləcəyi ilə bağlı müzakirələr gedir. Bu planla bağlı razılığa gəlmək mümkündürmü? Bəli, belədir. Amma necə? Bunun üzərində işləmək lazımdır”, - Türkiyə lideri vurğulayıb.
|
| Ağ Ev: “Kiyev Vaşinqtonun planı ilə razılaşıb” |
Qeyd edək ki, bu gün Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığının olacağı barədə məlumat açıqlanıb. İki lider arasında müzakirə mövzularından biri də Ukraynadakı müharibə olacaq. Türkiyə lideri həmçinin Qara dəniz taxıl təşəbbüsünü yeniləməyi nəzərdən keçirmək istədiyini bildirib.
Xatırladaq ki, noyabrın 23-də ABŞ və Ukrayna nümayəndə heyətləri Cenevrədə Vaşinqtonun təklif etdiyi sülh planı üzrə danışıqlar aparıb və nəticədə yenilənmiş çərçivə sənədi hazırlanıb. ABŞ-nin Dövlət katibi Marko Rubio görüşü məhsuldar və mənalı adlandırıb. Ağ Evin yaydığı bəyanatda isə Ukraynanın ABŞ-nin “sülh planı” ilə razılaşdığı iddia olunur.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


