Ağ Evin mətbuat katibinin sözlərinə görə, Vaşinqton Rusiyanın təklif olunan nizamlanma planını təsdiqləyəcəyinə ümid edir. Donald Trampın özü isə onun “sülh planı”nın şərtlərinin müzakirəsində “kifayət qədər çeviklik” nümayiş etdirir.
“Rusiya və Ukrayna ilə danışıqlar intensiv şəkildə gedir və davam edəcək. Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq ehtimalına nikbindir. Sənəddə yalnız üzərində işlənilməli olan “bir neçə bənd” qalıb”, - Kerolayn Levitt vurğulayıb.
|
| Tramp bu həftə Zelenski ilə görüşə bilər |
Eyni zamanda, amerikalı mənbəyə istinad edən “CBS” telekanalının məlumatına görə, Cenevrədə ukraynalılarla danışıqlarda iştirak edən ABŞ-nin Ordu naziri Deniel Driskoll tezliklə Rusiyaya səfər edə və ya başqa yerdə Moskvanın nümayəndələri ilə görüşə bilər.
Belə təmasların mümkün sülh sazişinin parametrlərinin müzakirəsində növbəti addımlar olacağı gözlənilir.
Yeri gəlmişkən, Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə müharibənin həllinin müzakirəsi üçün bu həftə ABŞ-yə səfər edə biləcəyi barədə məlumatı da məhz “CBS” telekanalı yaymışdı.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


