Hindistana uranı Kanadanın "Cameco" şirkəti göndərəcək. Mənbələrin sözlərinə görə, bu müqavilə iki ölkə arasında daha geniş nüvə əməkdaşlığından xəbər verir: "Bu əməkdaşlıq çərçivəsində kiçik modulyar nüvə reaktorlarının birgə istehsalı da mümkündür".
(Kanadanın Baş naziri Mark Karni və Hindistanın Baş naziri Narendra Modi)
Bazar günü Hindistanın Baş naziri Narendra Modi ilə kanadalı həmkarı Mark Karni Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən "G20" liderlərinin sammitində görüşüblər. Onlar "azad ticarət sazişi ilə əlaqədar müzakirələri canlandırmaq" barədə razılığa gəliblər. Hökumət başçıları həmçinin "Avstraliya-Kanada-Hindistan Texnologiya və İnnovasiya Tərəfdaşlığı" (ACITI) təşəbbüsünün cari vəziyyətini qiymətləndiriblər: "Adıçəkilən təşəbbüsün kritik texnologiyalar, nüvə enerjisi, təchizat zəncirinin şaxələndirilməsi və süni intellekt sahələrində üçtərəfli əməkdaşlığa təkan verəcəyini vurğulayıblar".
2015-ci ildə Hindistan və Kanada arasında oxşar müqavilə imzalanmışdı. Beşillik müqavilə o dövrün qiymətlərinə əsasən 350 milyon dollar dəyərində idi. Hazırkı layihədən xəbərdar mənbələr söyləyirlər ki, cari müqavilə öz "sələfi"nin müddətinin uzadılması yox, tamamilə yeni razılaşmadır.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


