Kəlbəcərdə atəşfəşanlıq olacaq

Kəlbəcərdə atəşfəşanlıq olacaq
  25 Noyabr 2025    Oxunub:475
Mədəniyyət Nazirliyinin və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Kəlbəcərdə silsilə tədbirlər keçirilir.
AzVision.az xəbər verir ki, gün boyu “Kəlbəcər – obyektivdən tarixə” adlı fotosərgi, Azərbaycan Milli Xalça Muzeyinin “Yaddaş” sərgisi, “Kəlbəcərin palitrası” adlı rəsm əsrlərinin nümayişi, rəsm ustad dərsləri və ənənəvi sənətkarlıq sərgisi təşkil olunacaq.

Həmçinin Gəncə Dövlət Milli Dram Teatrı kəlbəcərli tamaşaçılar qarşısında Abdulla Şaiqin “Tıq-Tıq xanım” musiqili nağıl- tamaşası ilə çıxış edəcək. Eyni zamanda, Kəlbəcər Şəhəri Günü incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı ilə davam edəcək və sonda atəşfəşanlıqla başa çatacaq.


Teqlər: Kəlbəcər  



Xəbər lenti