Rumıniyanın böyük hərbi iddiaları

   Rumıniyanın böyük hərbi iddiaları
  25 Noyabr 2025    Oxunub:975
Yeni “2025-2030-cu illər üçün Milli Müdafiə Strategiyası” Rumıniya Silahlı qüvvələrinə NATO-nun şərq cinahında Polşadan sonra ikinci ordu olmasına imkan verəcək.
AzVision.az xəbər verir ki, Rumıniyanın Müdafiə naziri Yinuts Moştyanu “Digi24” telekanalına müsahibəsində belə deyib.

“Milli Müdafiə Strategiyası ona görə vacibdir ki, o, gələcək illər üçün istiqaməti müəyyənləşdirir və son strategiya ilə müqayisədə paradiqma dəyişikliyini sərgiləyir. Prezidentin bu strategiyadakı iddiaları NATO-nun şərq cinahında Polşadan sonra ikinci hərbi güc olmaqdır”, - Rumıniyanın Müdafiə naziri bildirib.

Onun sözlərinə görə, bunun üçün hərbi sahəyə sərmayə qoyuluşunu və ordunun inkişafını davam etdirmək çox vacibdir. Bu kontekstdə, Rumıniya əhalisi yaxın illərdə müdafiə xərclərinin artırılmasının zəruriliyini dərk etməlidir.


Bundan əvvəl Rumıniyanın Ali Müdafiə Şurasının ölkənin siyasi və təhlükəsizlik qurumlarının yüksək səviyyəli rəhbərlərini bir araya gətirdiyi iclasının iştirakçıları prezident Nikuşor Dan tərəfindən müzakirəyə və sonra parlamentin təsdiqinə təqdim olunacaq “2025-2030-cu illər üçün Milli Müdafiə Strategiyası”nı müzakirə ediblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rumıniya   NATO  



Xəbər lenti