Mikayl Cabbarov Pakistana səfər edib I Fotolar

Mikayl Cabbarov Pakistana səfər edib   I Fotolar
  25 Noyabr 2025    Oxunub:1110
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Pakistan İslam Respublikasına səfər edib.
AzVision.az nazirliyə istinadən xəbər veri ki, səfər çərçivəsində bir sıra görüşlər keçirilib, tərəfdaşlığa dair müzakirələr aparılıb.

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşdə iqtisadi əlaqələrin gücləndirilməsində investisiya tərəfdaşlığının önəmi vurğulanıb. Həmçinin ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf perspektivləri qeyd olunub. Ticarət, enerji, sənaye, tranzit, turizm və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanları dəyərləndirilib.

Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşdə enerji, sərmayələr və digər istiqamətlər üzrə münasibətlərin gücləndirilməsi imkanları qeyd olunub. Neft-qaz sektoruna sərmayələr də daxil olmaqla, qarşılıqlı investisiya axınının artırılması, birgə layihələrin təşviqi və biznes dairələri arasında işgüzar münasibətlərin fəal dəstəklənməsi haqqında fikir mübadiləsi aparılıb.

AzVision.az

Qalereya




Teqlər: nazir   Pakistan   səfər  



Xəbər lenti