Paytaxtda SSRİ bayrağı qaldıranlar saxlanılıblar

Paytaxtda SSRİ bayrağı qaldıranlar saxlanılıblar
  26 Noyabr 2025    Oxunub:900
Sosial şəbəkədə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüşə cəhd göstərən bir qrup şəxsin videosu yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.

İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.

Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliği məqsədilə çoxsaylı material, bayraq, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb. İstintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti