Arvadını yaralayıb Çinə qaçan şəxs saxlanılıb

Arvadını yaralayıb Çinə qaçan şəxs saxlanılıb
  26 Noyabr 2025    Oxunub:843
Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib.

DİN əməkdaşlarının Çin hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində Rüstəm İbrahimov Çinin Xianyan şəhərində saxlanılıb. Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti