Dəmir Yolu Xəstəxanası Pediatriya Mərkəzinin tərkibinə verilib

Dəmir Yolu Xəstəxanası Pediatriya Mərkəzinin tərkibinə verilib
  26 Noyabr 2025    Oxunub:882
Nazirlər Kabinetinin 21 avqust 2024-cü il tarixli qərarına əsasən, "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyində olan tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi prosesi həyata keçirilib.
TƏBİB-dən AzVision.az -a verilən məlumata əsasən, qərara uyğun olaraq, Bakı Dəmir Yolu Xəstəxanası Respublika Pediatriya Mərkəzinin tərkibinə daxil edilib. Bildirilib ki, Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Nərimanov Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanası həmin binaya köçürülüb və fəaliyyətini orada davam etdirir. Tibb müəssisəsində endokrinologiya, allerqologiya, pediatriya, reanimasiya və təcili və təxirəsalınmaz tibbi yardım şöbələri xidmət göstərir.

Eyni zamanda, endokrinoloji və allerqoloji sahələr üzrə pediatrik stasionar xidmətlər Nərimanov Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında həyata keçirilir. 130 nəfərlik çarpayı fonduna malik olan xəstəxanada kistik fibrozlu xəstələrin pediatrik yatışı və dərman təminatı da təşkil olunur.

Xatırladaq ki, Azərbaycan Dəmir Yollarının Həkim Sanitar Xidmətinin balansında olan tibb müəssisələri ləğv olunub.

AzVision.az


Teqlər: TƏBİB  



Xəbər lenti