Şahin Mustafayev rus həmkarı ilə görüşüb

   Şahin Mustafayev rus həmkarı ilə görüşüb
  26 Noyabr 2025    Oxunub:899
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev rusiyalı həmkarı Aleksandr Novak ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə cari ilin oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşün iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərə təkan verdiyi vurğulanıb.

Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi və yaxşı imkanlar vəd etdiyi qeyd olunub. Görüş zamanı ticarət-iqtisadi, energetika və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   görüş  



Xəbər lenti