Milli Qəhrəmanın anası Prezidentə məktub göndərib
"Doqquz il intizarla gözlədiyimiz şərəfə - oğlum Pəncəli Teymurovu Aprel döyüşlərində göstərdiyi igidliyə görə ölümündən sonra "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" adı ilə təltif etdiyinizə görə öz adımdan, ailəmizin bütün üzvləri adından Sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir. Allah Sizi başımızın üstündən heç vaxt əskik etməsin. Sizə uzun ömür, can sağlığı arzu edirik”.
Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş gizir Pəncəli Teymurov 2016-cı ildə Aprel döyüşlərində şəhid olub. Prezident İlham Əliyev 2025-ci il noyabrın 7-də gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə müvafiq sərəncam imzalayıb.
AzVision.az
Teqlər: Milli-Qəhrəman Prezident məktub







Vaxtında, Aydın, Lazımlı!


