Nazirliyin mətbuat xidmətindən
AzVision.az -a verilən məlumata əsasən, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 4 dekabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Bərdə regional ədliyyə idarəsinə (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 110, əlaqə telefonu: +994 12-510-10-01, daxili nömrə: 17020, dəftərxana: 17030) müraciət edərək, habelə nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə qəbula yazıla bilərlər. Eyni zamanda, "
[email protected]" e-poçt ünvanı, eləcə də nazirliyin rəsmi vebsaytında "Elektron xidmətlər" bölməsində "Vətəndaşların ədliyyə orqanlarında
qəbula yazılması" xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
AzVision.az