Sumqayıtda oğrular yaxalanıblar

Sumqayıtda oğrular yaxalanıblar
  26 Noyabr 2025    Oxunub:838
Naməlum şəxslər gecə saatlarında vətəndaşlardan birinin evindən içərisində sənəd və bank kartları olan pul kisəsini, digər iki zərərçəkmişin avtomobillərindən isə planşet, maqnitofon və səsgücləndiricilər oğurlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, hadisələrlə əlaqədar polisə məlumat verilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı Ş.İsbatov, 21 yaşlı İ.Məlikov və 45 yaşlı E.Əvəzov saxlanılıblar.

Hər üç fakt üzrə araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti