Polis serjantı qəzada öldü

Polis serjantı qəzada öldü
  24 Aprel 2013    Oxunub:1505
Dünən saat 21.00 radələrində Qaradağ RPİ- nin 38-ci PB-nin polis baş serjantı, Talıbov Bəhruz Firudin oğlu idarə etdiyi «VAZ-21074» markalı maşınla avtomobillə, 22 yaşlı Acalov Intiqam Ağabəy oğlunun idarə etdiyi «Mercedes-Benz-Vito» markalı maşın toqquşub.

Nəticədə «VAZ-21074» markalı maşının sürücüsü aldığı xəsarətlərdən dünyasını dəyişib.

Maşında olan sərnişinbr Talıbov Əli Bəhruz oğlu, Talıbov Məhəmməd Bəhruz oğlu və Talıbova Sevinc Bəhruz qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və istintaq davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti