Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb

   Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb
  26 Noyabr 2025    Oxunub:790
Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Strateji Araşdırmalar Mərkəzinin "X"dəki hesabında bildirilib.

"Şuşada keçirilən Birinci Türkiyə-Azərbaycan Beyin Mərkəzləri Forumuna qatılan Türkiyə nümayəndə heyəti olaraq Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdük. Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının bütün aspektləri, eləcə də regional və qlobal hadisələr müzakirə edilib", - Mərkəzdən bildirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti