Deputatların inanmadığı sürücülərin etirazı - REPORTAJ

Deputatların inanmadığı sürücülərin etirazı - REPORTAJ
  14 Avqust 2014    Oxunub:13126
“Maşınımıza minən millət vəkilləri deyirlər ki, inanmırıq, ola bilməz ki, sizə maaş verməsinlər”

“London taksiləri” kimi tanınan bənövşəyi taksilərdə gündəlik planın 28 manatdan 34 manata qaldırılması taksi sürücülərinin etirazına səbəb olub.

Bu barədə AzVision.az-ın müxbiri ilə söhbət edən sürücü İlham Quliyev bildirib ki, qoyulan planı vaxtında verə bilmirlər. Sürücülər çarəsiz vəziyyətdə qaldıqlarını dilə gətirirlər.

“Bizə məcburi şəkildə növbə ilə işləməyi təklif edirlər. Belə ki, əgər 12 saat işləyiriksə 17 manat, yox tək işləyirsənsə 34 manat gündəlik pul verməliyik. Planı 28 manatdan 34 manata qaldırdılar.

12 saat işləmək də bizə sərf etmir. Artıq bu həftənin birinci günündən bu qayda başlayıb. Bunu “Bakı Taksi Şirkəti MMC” edir.
Sərnişinləri də əvvəlcədən neçəyə aparırdıqsa elə də qalır. Həmçinin yanacağın qiyməti də qalxdı. Bu da bir ziyan vurdu ki, yanacağa əlavə pul veririk. Çünki sərnişindən aldığımız pul dəyişməyib. Ona görə də bu əlavə xərcləri cibimizdən veririk”.

Sürücülərin sözlərinə görə, qiymətin qalxmasına səbəb kimi iş saatının azaldılmasını göstərirlər.

“Qiymətin qalxmasını bununla əsaslandırırlar ki, guya bizim qeydimizə qalırlar, çox işləmiyək, 12 saat olsun. Bu da alınmır. Elə olur ki, günün yarısı olub, sən hələ müştəri götürməmisən. Belə olan halda mən həmin veiləcək pulu necə çıxardım?. Özümüzə götürdüyümüz pul cəhənnəm, heç olmasa planı verə bilərdik. Özünüz də bilirsiniz ki, bu saat sərnişin axını yoxdur, çox adam hava ilə bağlı ya piyada getməyə üstünlük verir, ya da ki, istirahət mərkəzlərində olurlar”.



Müsahibim deyir ki, günə nə qədər qazandıqları əvvəlcədən bəlli olmur. Onlarda stabillik deyilən bir şey yoxdur.

“El ola bilər ki, 10 manata işləyərsən, elə də olar ki, 50 manat qazanarsan, gün ərzində. Hər gün minimum 12 manat verib 20 litr benzin alırıq. Bizim özümüzün də bir tikə çörək yeməyimiz, siqaretimiz filan var, gəlib planla birlikdə 60 manata çıxır. 60 manatı çıxardıqdan sonra, gərək biz evə pul aparmaq üçün nəsə qazanaq.

Etiraz edəndə də deyirlər ki, “xoşuna gəlirsə işlə, xoşuna gəlmirsə təhvil ver get”. İşləyirik görək necə olur. Sonra baxarıq , sərf etməyəcək başımıza bir çarə qılacağıq. Haradasa planı aşağı başqa taksi olarsa, gedib orada işləyərik. Sadəcə olaraq indi “London taksiləri”nə üstünlük verirlər deyə burada ilişib qalmışıq”.

İlham Quliyev vəziyyətdən çıxış üçün şirkətə təkliflər etdiklərini də deyiblər.



“Dərdimizi soruşan olarsa, çıxış yolunu deyərik. Biz o zaman 17 manata işləməyə razı olarıq ki, qaydalar sovetin vaxtında olduğu kimi olsun. Məsələn, qarajda rezerv sürücü (ehtiyat) olmalıdır. Digər tərəfdən əgər maşın təmirə gedibsə, təmirdə olduğu müddəti plana salmamalıdırlar. Bir də ki, növbə dəyişmək də qarajda olmamalıdır.

Deyirlər, xəstəsən, xeyir- şərin var, onun mənə dəxli yoxdur. Maşın tutaq ki, iki gün təmirdə qalsın , onun da bizdən planını alırlar.

Tutaq ki, növbəsi olan sürücü xəsətələnib, niyə o havayı plan ödəməlidir, qoy ehtiyat sürücü onun yerinə işləsin. Niyə axı təmirə gedən 3 saatı mənim 12 saatımdan çıxmalıdırlar. Biz heç maaş da almırıq. Ancaq 6 manat Həmkarlar Təşkilatına pul veririk. Görmüşük ki, maaş alasan ki, həmkarlara oradan pul çıxa da . Təzə-təzə 5-6 ay maaş verdilər, sonradan dayandırdılar. Təsəvvür edin ki, tezdən durmuşuq burada , hələ növbə gözləyirik ki, sərnişinləri götürək. Hələ baxır hara gedəcəklər, nə qədər pul yazacaq”.



Sürücü həmçinin, onlara satılan koftalardan və onların qiymətlərindən də şikayət etdi.

“Hətta bizə 10 manata koftalar satıblar. Amma onlar elə materiallardan olur ki, yayın istisində geyinmək olmur. 3 manatlıq koftanı 10 manata satmaqları bəs deyil, hələ 10 manatlıq da cərimə yazırlar onları geyinməyəndə.
Hətta bizim maşınımıza minən millət vəkilləri deyilər ki, inanmırıq, ola bilməz ki, sizə maaş verməsinlər.

“Eurovision” müsabiqəsindən sonra müqavilə bağladılar, biz icarədar olduq. Amma təzə açılanda əməlli başlı maaş verirdilər. Əmək kitabçalarımızı da özümüzə geri qaytardılar. 60 yaxın yaşım var , neyləməliyəm ki təzədən? Banka kreditlərim var, ailə saxlamalıyam. 100 yerə qol çəkdirilər. Biz Allah bilir nə çəkirik.
Maşınların təmiri, texniki təchizatı şirkət tərfindən həyata keçirilməlidir. Ancaq gedirsən texniki avadanlıq yoxdursa, vəssalam, bunun da onlara dəxli yoxdur. Deyir yoxdur, özün bilərsən. Məcbur olub, özümüz bir şey fikirləşirik.




”Eurovision” da 1000-dən çox maşın gətirdilər. Ancaq 506-nömrəli maşına kimi “London taksiləri”nin qeydiyyatı var. Ondan sonra gələn maşınların hamısını gömrük aparıb Lökbatandakı cərimə meydançasına qoyur. 506-nömrəsindən sonra kim sürürsə bilin ki, qorxa- qorxa və bunu gizlin edir”.

Şahanə RƏHİMLİ
Fotolar: Nuron Məmmədov








Teqlər:  





Xəbər lenti