WSJ: “Almaniya Rusiya ilə böyük müharibəyə hazırlaşır”

      WSJ:    “Almaniya Rusiya ilə böyük müharibəyə hazırlaşır”
  27 Noyabr 2025    Oxunub:846
Almaniya Rusiya ilə silahlı toqquşma zamanı hərəkət planı hazırlayır və bu iş iki ildən artıqdır ki, davam edir.
AzVision.az xəbər verir ki, “The Wall Street Journal (WSJ)” nəşrinin məlumatına görə, layihə Almaniya və ABŞ kontingentləri də daxil olmaqla 800 minə qədər NATO hərbi qulluqçusunun şərq cəbhə xəttinə köçürülməsini nəzərdə tutur.

“Sənəd çox təfərrüatlı şəkildə hazırlanır: diaqramlarda qüvvələrin hərəkət edəcəyi gözlənilən körpülər, limanlar, əsas magistral yollar və çaylar göstərilir”, - mənbələrə istinad edən qəzet yazır.

Xatırladaq ki, noyabrın ortalarında “Financial Times (FT)” Avropa İttifaqı (Aİ) ölkələrinin “hərbi mobillik”lə bağlı hazırladıqları təşəbbüslərin qoşunların Qərbi Avropadan Şərqə köçürülməsi üçün lazım olan vaxtı indiki 45 gündən bir neçə günə azaldacağını yazmışdı.

Avropada “hərbi Şengen zonası” ideyası
İki gün əvvəl isə Avropa Parlamentinin (AP) Nəqliyyat və Müdafiə komitələri Avropa İttifaqı (Aİ) daxilində qoşunların və hərbi texnikanın hərəkətini sadələşdirən “hərbi Şengen zonası” yaradılması barədə qətnamə layihəsi hazırladığı barədə məlumat yayılıb.

Sənəddə Rusiyanın potensial təcavüzünün dəf olunması yönündə hazırlığı təmin etmək üçün qoşunların, texnikanın və aktivlərin Avropa üzrə sürətli transsərhəd hərəkətinin asanlaşdırılması zərurəti vurğulanır.

Qətnamə layihəsinin AP-nin dekabr sessiyasının plenar iclasında səsverməyə çıxarıla biləcəyi açıqlanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Almaniya   Rusiya   müharibə  



Xəbər lenti