Rusiyadan İlon Maska “cavab”
“Bəli, buna əminəm. Yəqin ki, belə də olacaq. “Büro 1440”-ün üzərində işlədiyi bu layihə bizim “Starlink”-ə həqiqətən suveren cavabımızdır”, - deputat Rusiyanın ən yaxın müttəfiqləri ilə sözügedən texnologiyanı bölüşüb-bölüşməyəcəyi barədə sualın cavabında bildirib.
Onun sözlərinə görə, aşağı hündürlükdə orbitə yerləşdiriləcək “Rassvet” adlı genişzolaqlı rabitə peyki bu texnologiyaya çıxışı müttəfiqlərlə paylaşmağa imkan verəcək. “Rassvet” ilkin olaraq Rusiyada texniki əhatə dairəsini və son abonent xərclərinin məbləğini yoxlamaq üçün istifadəyə veriləcək.
Sergey Boyarski bildirib ki, sözügedən peyklər qrupu Rusiyanın bütün ərazisini siqnalla əhatə etməyə imkan yaradacaq.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


