Şimali Koreyada şagirdlərə məcburən rus dili öyrədiləcək

   Şimali Koreyada şagirdlərə məcburən rus dili öyrədiləcək
  27 Noyabr 2025    Oxunub:1049
Şimali Koreya (KXDR) məktəblərində rus dilinin tədrisi dördüncü sinifdən etibarən icbari hala gətirilib.
Bu barədə Rusiyanın ekologiya və təbii sərvətlər naziri, Rusiya ilə KXDR arasında iqtisadi-ticari, elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Aleksandr Kozlov komissiyanın iclasında məlumat verib. O, eyni zamanda, bildirib ki, Rusiyada da üç mindən çox məktəbli ikinci və ya üçüncü xarici dil səviyyəsində Koreya dilini öyrənir.

Nazirin sözlərinə görə, 2026-cı ildə KXDR-də Kim Çol Cu Pedaqoji Universiteti nəzdində Rus Dilində Açıq Təhsil Mərkəzi açılacaq: "Hazırda mərkəzin binası tikilməkdədir".

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Koreya   dil   tədris  



Xəbər lenti