TƏBİB: "87 tibb müəssisəsi tibbi sığorta çərçivəsində xidmət göstərir"
"Bu, cari ilin 10 ay üzrə proqnozlaşdırılan tibbi xidmətlərin reyestr üzrə miqdarının və məbləğinin 91%-nə bərabərdir".
Səbinə Quliyeva həmçinin bildirib ki, 2025-ci ilin ilk 10 ayı ərzində tibb müəssisələrində icra olunan tibbi xidmət göstəricilərinin keçən ilin eyni dövrü ilə müqayisəsi bir sıra müsbət dinamikanı əks etdirir:
"TƏBİB-in tabeliyindəki tibb müəssisələrində sığortalıların tibbi xidmətə müraciət sayında 5% artım, icra olunan xidmətlərin ümumi sayında 21% artım, tibbi xidmətlər üzrə ödənilən məbləğdə isə 8% artım qeydə alınıb. Eyni zamanda, sığortaolunanların tibbi xidmətə müraciət sayının artması nəticəsində isə ötən illərlə müqayisədə TƏBİB tabeli tibb müəssisələrinə verilən göndəriş sayında 46% faiz artım müşahidə edilib".
Departament rəhbərinin sözlərinə görə, TƏBİB-in Tibbi sığorta departamenti tərəfindən tibb müəssisələrinin sığorta fəaliyyəti üzrə hesabatlılıq formalaşdırılaraq, tibb müəssisələri tərəfindən Xidmətlər Zərfi çərçivəsində icra olunan tibbi xidmətlərin təhlili, hesabatlılığı, verilmiş göndərişlərin təhlil və nəzarəti mütəmadi şəkildə aparılır:
"TƏBİB-in həyata keçirdiyi nəzarət tədbirləri icbari tibbi sığorta çərçivəsində xidmətlərin şəffaf və keyfiyyətli icrasına xidmət edir. 2025-ci il üzrə tibbi xidmətlərin illik proqnoz hesabatı TƏBİB tərəfindən hazırlanır və hər yarımil üzrə nəticələr təhlil edilərək növbəti dövrlərdə xidmətlərin maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsində istifadə olunur. Məqsədimiz tibbi müəssisələrinin maliyyə dayanıqlığını təmin etmək, eyni zamanda, sığortalıların xidmətlərə əlçatanlığını artırmaqdır. Bunun üçün bütün göstəricilər üzrə sistemli analiz aparılır və resursların səmərəli bölgüsü təmin edilir".
AzVision.az
Teqlər: TƏBİB







Vaxtında, Aydın, Lazımlı!


