Tibb müəssisələrində monitorinqlərin sayı açıqlanıb

Tibb müəssisələrində monitorinqlərin sayı açıqlanıb
  27 Noyabr 2025    Oxunub:1255
"Bu ilin ilk 3 rübündə 147 tibb müəssisəsi üzrə 699 monitorinq aparılıb".
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq şöbəsinin baş məsləhətçisi Kamran İbrahimov Gəncə şəhərində media nümayəndələri üçün təlimdə məlumat verib. O bildirib ki, monitorinqlər tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində xidmətin keyfiyyətinə, icrasına nəzarət və xidmət yükünün qiymətləndirilməsi baxımından aparılır:

"Monitorinq nəticələri xidmətlərin göstərilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə əsas baza rolunu oynayır. Cari nonitorinqlər əsasən vətəndaşların tibb müəssisələrinə qəbulu və qeydiyyatının təşkili, laboratoriya xidmətlərinin fəaliyyəti, eləcə də sığorta çərçivəsində tibbi xidmətlər üçün göndəriş vərəqələrinin verilməsi prosesinin düzgün icrası istiqamətlərini əhatə edib".

AzVision.az


Teqlər: xəstəxana   monitorinq  



Xəbər lenti