Əhalinin yarısı tibbi sığortadan yararlanıb I RƏSMİ

   Əhalinin yarısı tibbi sığortadan yararlanıb    I RƏSMİ
  27 Noyabr 2025    Oxunub:1101
Cari ilin ilk 10 ayı ərzində 4 milyon 800 mindən çox vətəndaş, yəni əhalinin 50%-i icbari tibbi sığortadan yararlanıb. Bu müraciətlər üzrə ümumilikdə 77 milyondan çox tibbi xidmət göstərilib. Bu, bizim üçün həm xidmət yükünü, həm də vətəndaşların sistemə olan inamını göstərən mühüm rəqəmlərdir.
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün Gəncə şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən media nümayəndələri üçün keçirilən təlimdə bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunur: "Dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlara gəldikdə isə bir neçə istiqamət ön plana çıxır. Bunlar əsasən ginekoloji, uroloji və oftomoloji əməliyyatlardır. Əməliyyatların ən çox icra olunduğu tibb müəssisələri arasında Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Gəncə Birləşmiş Şəhər Xəstəxanası və Mərkəzi Neftçilər Xəstəxanası yer alır".

AzVision.az


Teqlər:



Xəbər lenti