Honkonqda ölənlərin sayı 94 nəfərə çatıb

   Honkonqda ölənlərin sayı 94 nəfərə çatıb
  28 Noyabr 2025    Oxunub:1178
Honkonqda yaşayış kompleksindəki yanğında ölənlərin sayı 94-ə yüksəlib.
AzVision.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi şəhərin yanğınsöndürmə idarəsinə istinadla məlumat yayıb. Bundan əvvəl 83 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, noyabrın 26-da günortadan sonra dünyanın ən sıx məskunlaşılan və ən çox hündür binaların olduğu şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir. Yanğınla əlaqələr yüzlərlə insanın taleyindən xəbər yoxdur.

AzVision.az



Teqlər:



Xəbər lenti