Ukrayna Rusiya şəhərlərinə zərbələr endirib

Ukrayna Rusiya şəhərlərinə zərbələr endirib
  28 Noyabr 2025    Oxunub:1182
Ukrayna PUA-ları noyabrın 28-nə keçən gecə Rusiyanın Novorossiysk şəhərinə hücum edib.
AzVision.az xəbər verir ki, Novorossiyskin meri Andrey Kravçenko sosial şəbəkələrdə şəhərdə həyəcan vəziyyətinin elan olunduğunu yazıb. Gelencik şəhərində də pilotsuz təyyarə ilə bağlı xəbərdarlıq edilib.

“Mülki limanın və Rusiyanın Qara Dəniz Donanmasının bazasının yerləşdiyi Novorossiyskdə Ukrayna pilotsuz təyyarələri müntəzəm olaraq hədəflərə hücum edir. Hücumun nəticələri barədə hələlik məlumat yoxdur”, - “BBC” telekanalının məlumatında deyilir.

Dünən gecə saatlarında Rusiyanın monitorinq kanalları onlarla Ukrayna PUA-larının Krıma, Novorossiyskin yerləşdiyi Krasnodar diyarına, eləcə də Rusiya ərazisinin dərinliklərində olan sərhəd rayonlarından keçərək uçduğunu bildirib. Bu fonda “Rosaviatsiya” Volqoqrad, Saratov və Penza hava limanlarını bağlayıb.

Buraxılan pilotsuz təyyarələrin sayı və ya hər hansı konkret ərazilərə hücumlarla bağlı məlumat hələlik təsdiqlənməyib.

Rusiyanın Mordoviya respublikasının hakimiyyət orqanları, öz növbəsində, bölgədə pilotsuz təyyarə xəbərdarlığının verildiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ulrayna   Rusiya   zərbələr  



Xəbər lenti