Arzu Əsgərova: "Cərrahi əməliyyatlar müasir üsullarla icra olunur"

   Arzu Əsgərova:    "Cərrahi əməliyyatlar müasir üsullarla icra olunur"
  28 Noyabr 2025    Oxunub:1236
"Şəmkir Rayon Mərkəzi Xəstəxanasında bir çox istiqamətdə, o cümlədən kiçik çanaq (açıq və qapalı şəkildə), döş qəfəsi, tiroid, damar, lor cərrahiyyələri, proktoloji, ginekoloji, uroloji, travmatoloji cərrahiyələr icra olunur".
Bu sözləri Şəmkir Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan media-turda Cərrahiyyə Şöbəsinin müdiri Arzu Əsgərova söyləyib. O bildirib ki, xəstəxananın həkimləri ixtisaslaşma kurslarında, seminar və treninqlərdə mütəmadi iştirak edərək özlərini təkmilləşdirirlər:

"Həkimlərimiz yerinə yetirdikləri hər bir cərrahiyyə əməliyyatı xəstələrə daha yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə müasir protokollara uyğun şəkildə həyata keçirirlər. Ay ərzində müxtəlif istiqamətlərdə 300-350 civarında əməliyyat baş tutur. Qapalı laparoskopik, ginekoloji, travmatoloji, lor, proktoloji sahələrdə əməliyyatlar nisbətən daha çox icra olunur".

Arzu Əsgərova vurğulayıb ki, xəstəxananın Cərrahiyyə Şöbəsi təkcə Şəmkir rayonunun yox, ətraf rayonların sakinlərinə də xidmət göstərir: "Bu baxımdan, şöbəmizin kifayət qədər xəstə potensialı mövcuddur".

AzVision.az


Teqlər: Şəmkir   xəstəxana   həkim  



Xəbər lenti