Korrupsiya qalamaqlı Andrey Yermaka da çatdı

   Korrupsiya qalamaqlı Andrey Yermaka da çatdı
  28 Noyabr 2025    Oxunub:1223
Ukrayna Milli Antikorrupsiya Bürosunun (UMAB) müstəntiqləri tərəfindən aparılan axtarış zamanı Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermakın müsadirə oluna bilən telefonunda “170 yeni cinayət işi” ilə bağlı materiallar tapılacaq.
AzVision.az xəbər verir ki, Ukrayna Ali Radasının “Avropa Həmrəyliyi” fraksiyasının deputatı Aleksey Qonçarenkonun sosial şəbəkələrdə etdiyi paylaşımda belə deyilir.

“Hər yazışma ayrıca cinayət işidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə, nüfuzdan sui-istifadə, qanunsuz göstərişlər, siyasi təqiblər. Ölkədəki bütün vəkillər kömək edə bilməyəcək”, - deputat yazıb.

Onun sözlərinə görə, Ukraynanın antikorrupsiya qurumlarının əməkdaşlarına nəzarət etmək göstərişi verən Andrey Yermak, eyni zamanda ölkədən qaçmış biznesmen Timur Mindiçin korrupsiya sxemlərinin iştirakçısı olub.

Xatırladaq ki, bundan əvəvl UMAB və Korrupsiyaya Qarşı İxtisaslaşdırılmış Mübarizə Prokurorluğu (SAPO) Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermakın ofisində axtarışların aparıldığı barədə KİV-lərin yaydığı məlumatı təsdiqləyiblər.

Yermak: “Torpaqlarımızı verməyəcəyik”
İstintaq tədbirlərinin korrupsiya qalmaqalının bir hissəsi olduğunu deyən bu qurumlar əlavə təfərrüatların daha sonra veriləcəyini bildiriblər.

Andrey Yermakın özü də anti-korrupsiya qurumlarının onun mənzilində axtarış apardıqlarını təsdiqləyib.

- Bu gün mənim evimdə UMAB və SAPO həqiqətən də proessual işlər aparır. Müstəntiqlər heç bir maneə ilə üzləşmirlər. Onlara mənzilə tam giriş imkanı verilib və vəkillərim hadisə yerindədirlər, hüquq-mühafizə orqanları ilə əlaqələndirirlər. Mən tərəfdən tam əməkdaşlıq sərgilənir”, - Ukrayna prezidenti ofisinin rəhbəri sosial şəbəkələrdə yazıb.

Xatırladaq ki, bundan əvvəl Cenevrədə amerikalılarla ABŞ-nin Ukrayna üzrə “sülh planı”nın müzakirə etmiş Andrey Yermak Kiyevin ərazi güzəştlərinə getməyəcəyini açıqlayıb.

Bu baxımdan, son vaxtlar adları korrupsiya qalmaqalından hallandırılan yüksək vəzifəli ukraynalı məmurlara, o cümlədən elə prezident Volodimir Zelenskiyə təzyiq göstərmək taktikasını seçən Vaşinqton Kiyevi ram etməyə çalışır.

Görünür Ukraynanın hərbi-siyasi rəhbərliyinin korrupsiya əməllərində iştirakı ilə bağlı Ağ Ev administrasiyasının əlində kifayət qədər tutarlı dəlil-sübut var. Məhz Ukraynada korrupsiya qalmaqalı fonunda Kiyevin ciddi güzəştlərə getməsini ehtiva edən Donald Trampın “sülh palnı”nın gündəmə gəlməsi bir çox incə mətləblərdən xəbər verir.

Təsadüfi deyil ki, əksər ekspertlər və hətta Ukraynanın ən ifrat tərəfdarları belə korrupsiya qalmaqalının danışqılar prosesində Kiyevin mövqeyini əhəmiyyətli dərəcədə sarsıtdığını vurğulayırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Yermak   korrupsiya   axtarış  



Xəbər lenti