II Qaregin din xadimlərini toplayıb

   II Qaregin din xadimlərini toplayıb
  28 Noyabr 2025    Oxunub:1229
Eçmiədzində bütün ermənilərin katolikosu II Qareginin sədrliyi ilə Ali Ruhani Şuranın iclası keçirilir.
AzVision.az xəbər verir ki, iyeromonax Asohik Karapetyana istinad edən erməni mətbuatı belə məlumat yayıb.

“Din xadimi dünən baş nazir Nikol Paşinyanla görüşən və “kilsənin təmizlənməsi” niyyətini təsdiqləyən Erməni Apostol Kilsəsinin (AEK) səkkiz iyerarxının (yepiskopların rəsmi titulu – red.) iclasda iştirak edib-etməməsindən xəbərsizdir. Karapetyanın sözlərinə görə, Eçmiədzində ümumilikdə sakitlikdir”, - erməni KİV-ləri yazır.

Paşinyan II Qareginə əvəz tapıb
Ali Ruhani Şura Eçmiədzində toplanan erməni kilsəsinin ali idarəetmə orqanıdır. İclaslar kilsənin həyatı və fəaliyyəti ilə bağlı əsas məsələlərin həlli üçün keçirilir.

Xatırladaq ki, bundan əvvəl “Jovohurd” qəzeti Ermənistanın baş naziri Nikol Paşinyan artıq bütün ermənilərin katolikosunun mümkün varisi postuna üstünlük verilən iki namizədi müəyyənləşdirdiyini yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Qaregin   EAK   iclas  



Xəbər lenti