İlham Əliyev Çin Sədrinə başsağlığı verib

   İlham Əliyev Çin Sədrinə başsağlığı verib
  28 Noyabr 2025    Oxunub:1046
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Honkonqda yerləşən yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

AzVision.az



Teqlər:



Xəbər lenti