FT: “Çin texnolofiya yarışında ABŞ-ni üstələyir”

      FT:    “Çin texnolofiya yarışında ABŞ-ni üstələyir”
  28 Noyabr 2025    Oxunub:1080
Tədqiqatlara və inkişafa (R&D) sistemli diqqət yetirməsi sayəsində Çin qlobal laboratoriyaya çevrilib. Aparıcı ölkələrin mütəxəssisləri isə mütəmadi şəkildə Çinin nailiyyətləri ilə tanış olurlar.
AzVision.az xəbər verir ki, ekspertlərə istinad edən Böyük Britaniyanın “Financial Times” nəşri belə məlumat yayıb.

“Alman şirkətinin sürücüsüz idarə olunan avtomobil texnologiyalarından birinin Çində hazırlanması, sınaqdan keçirilməsi və kommersiya tətbiqi təxminən 18 ay çəkib. Bu nailiyyət əsasən çinli proqram mühəndislərinin iştirak etdiyi 700 nəfərlik komanda tərəfindən mümkün olub”, - “Volkswagen Group” şirkətinin texniki direktoru Markus Hafkemeyr deyib.

Onun sözlərinə görə, Almaniyada oxşar layihə dörd il yarıma qədər çəkəcəkdi və bu müddət ərzində “ideyalar sonsuz daxili mübahisələr və təchizatçılarla kommersiya danışıqları içində batacaqdı”. Çin isə, son 10 il ərzində üçüncü sürətdən beşinci pilləyə keçib və tam sürətlə irəliləyir.

- Xəbərlər mütəmadi şəkildə çinlilərin Avropa bazarını ucuz avtomobillərlə doldurduğunu yazdığı halda, özünüz Çinə gəlin və bu “ucuz avtomobillərə” baxın: onlar texnologiya ilə doludur və keyfiyyəti sadəcə əladır”, - Markus Hafkemeyr vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   ABŞ   rəqabət  



Xəbər lenti