Samir Namazov: "İcbari tibbi sığorta tibbi xidmətlərin inkişafına təkan verir"

   Samir Namazov:    "İcbari tibbi sığorta tibbi xidmətlərin inkişafına təkan verir"
  28 Noyabr 2025    Oxunub:1080
"İcbari tibbi sığortanın tətbiqi nəticəsində tibb müəssisəsinin maddi-texniki bazası güclənib, xidmətlərin növü genişlənib".
Bu sözləri Şəmkir Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan media-tur zamanı xəstəxananın direktoru Samir Namazov söyləyib. O bildirib ki, xəstəxanada müxtəlif ixtisaslar üzrə 15 şöbə fəaliyyət göstərir:

"Vətəndaşlara həm ambulator, həm də stasionar tibbi xidmətlər təqdim olunur. Müəssisə 229 çarpayı ilə stasionar xidmətin təşkili imkanına malikdir. İcbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanaya 30 adda yeni tibbi avadanlıq gətirilib. KT, MRT, qastroskop, elektroensefaloqrafiya, exokardioqrafiya, otoskop, oftalmoskop, laparoskop və digər diaqnostik cihazlar xəstələrin müayinəsində operativlik və dəqiqlik yaradır".

Samir Namazovun sözlərinə görə, görülən işlər nəticəsində xəstəxanada Hemodializ şöbəsi istifadəyə verilib və üç növbə üzrə fəaliyyət göstərir.

AzVision.az


Teqlər: Şəmkir   xəstəxana   sığorta  



Xəbər lenti