Hakan Fidan İrana rəsmi səfərə gedəcək

Hakan Fidan İrana rəsmi səfərə gedəcək
  29 Noyabr 2025    Oxunub:498
Türkiyə xarici işlər naziri Hakan Fidan İrana rəsmi səfərə gedəcək.

AzVision.az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, Hakan Fidan Tehranda iranlı həmkarı Abbas Erakçi və digər yüksək səviyyəli İran rəsmiləri ilə görüşəcək.

Səfər zamanı Rəcəb Tayyib Ərdoğan və Məsud Pezeşkianın rəhbərliyi ilə keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti