İsrail zabitlərinə “Android” qadağan edildi

   İsrail zabitlərinə    “Android” qadağan edildi
  29 Noyabr 2025    Oxunub:1155
İsrail Ordusu zabitlərin mobil telefonlardan istifadə qaydalarını sərtləşdirib. Yeni direktivə əsasən yüksək rütbəli zabitlərin “Android” əməliyyat sistemilə işləyən telefonlardan istifadəsi qadağan olunub.
Bundan sonra polkovnik və daha yüksək çinli zabitlər ancaq iPhone işlədə bilərlər.

“The Jerusalem Post” yazır ki, belə bir addımın atılmasına səbəb kənardan kiber müdaxilələrin qarşısını almaq və hərbi sirlərin, planların daha yaxşı mühafizəsini təmin etməkdir. Belə ki, “Həmas” və “Hizbullah” da daxil olmaqla kənar qüvvələr İsrail hərbçilərinin hərəkətini “Android” sistemli smartfonların vasitəsilə izləyirmişlər. Onların müxtəlif messencerlərlə vasitəsilə yazışmaları da asanlıqla ələ keçirilib.

Samir Quliyev
Şəkil neyroşəbəkənin vasitəsilə yaradılıb
AzVision.az



Teqlər: İsrail  



Xəbər lenti