
Orkestrin ifasında Ü.Hacıbəylinin "Arazbarı" zərbi muğamı, "Arşın mal alan" operettasından uvertüra, A.Vivaldinin "İlin fəsilləri" silsiləsindən "Yay" (solist: Səid Məmmədov, violin), V.A.Motsartın "Kiçik gecə serenadası", D.Dadaşovun "Skerso" (solist: Əməkdar artist Çinarə Heydərova, qanun), "Qadın ətri" filmindən "Tanqo" (Karlos Qardel), A.Məlikovun "Sehrli xalat" filmindən "Qızların rəqsi", C.Cahangirovun "Cənnətim Qarabağ" (solist: Nurlana Abdullayeva, vokal), Q.Qarayevin "Yeddi gözəl" baletindən "Vals", Y.Qadenin "Tanqo "Jalüz", T.Quliyevin "Qaytağı" (solist: Rəvan Mustafazadə, tar), A.Əlizadənin "Cəngi", P.İ.Çaykovskinin "Vals", E.İbrahimovanın "Ey Vətən", E.Sabitoğlunun "Dədə Qorqud" filmindən "İncəbellim", F.Əmirovun "Min bir gecə" baletindən "Şəhrizadın bayramı" əsərlərini və "Şalaxo" Azərbaycan xalq rəqsi (solist: Ç.Heydərova) təqdim olunub.

Konsert proqramına Taleh Yahyayevin (bariton) ifasında M.Maqomayevin "Azərbaycan" mahnısı ilə yekun vurulub.

Bütün ifalar sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestr Polşa, Türkiyə, İngiltərə, Tunis, Yaponiya, Misir, Gürcüstan, Belarus, Çin, Almaniya, Fransa, Rusiya və digər ölkələrdə Azərbaycanın musiqi mədəniyyətini layiqincə təmsil edib.

2018-ci ildən orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


