“İn the army now”: Avropada hərbi mükəlləfiyyət bərpa edilir

      “İn the army now”:    Avropada hərbi mükəlləfiyyət bərpa edilir
  30 Noyabr 2025    Oxunub:1613
Bir neçə il əvvələ qədər hərbi xidmətə çağırışı “keçmişin qalığı” sayaraq ləğv edən Avropa ölkələri hazırda yenidən onu bərpa edirlər.
Norveç qadınlar da daxil olmaqla, hamını əsgərliyə çağırmağa başlayıb. İsveç 8 illik fasilədən sonra yenidən hərbi mükəlləfiyyəti geri qaytarıb. Danimarka isə hətta genişləndirib: indi qadınlar da orduya çağırılırlar.

Litva və Latviya milli təhlükəsizlik üçün həyati vacib saydıqlarından əsgərliyə çağırışı bərpa ediblər.
Polşa yeniyetmərə silahla davranmağı öyrədir.

Almaniyada 2011-ci ildə hərbi çağırış ləğv edilmiş və orduda xidmət könüllü olmuşdu. İndi isə gəncləri hərbi xidmətə cəlb etməyin yeni modeli araşdırılır.

Xorvatiya 17 illik fasilədən sonra yenidən hərbi xidmətə çağırış praktikasına qayıdıb.

Frasa hərbi xidmətin könüllü olduğu nadir ölkələrdəndir. Burada 1997-ci ildə məcburi çağırış ləğv edilib. Amma yeniyetmələrə bir aylıq məcburi hərbi hazırlıq keçilir.

Ümumi trend budur ki, Avropa yenidən insanların məcburi hərbi xidmətə çağırılmasını təcrübəsinə qayıdır. Eynilə "Status Quo" qrupunun məşhur mahnısındakı kimi.



Tariyel Həsənov
AzVision.az


Teqlər: Hərb  



Xəbər lenti