TƏBİB-dən “Report”a verilən
məlumata görə, bu gün saat 13:00 radələrində xəsarət alması səbəbilə 1990-cı il təvəllüdlü şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin, ürək nahiyəsinə nüfuz edən kəsilmiş-deşilmiş iti alət yarası, ürəyin tomponadası, daxili qanaxma və hemorragik şok 3-4 diaqnozu təyin edilib.
Pasiyent dərhal cərrahi əməliyyata alınıb. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 14:30 radələrində ölüm faktı qeydə alınıb.