Moskva çinlilər üçün vizanı ləğv edib

   Moskva çinlilər üçün vizanı ləğv edib
  01 Dekabr 2025    Oxunub:831
Rusiyaya turizm və ya iş məqsədləri ilə 30 gündən az müddətə səyahətə gedən Çin vətəndaşları üçün viza rejimi müvəqqəti aradan qaldırılıb.
Rusiyanın "TASS" dövlət xəbər agentliyinin məlumatına əsasən, bu barədə Prezident Vladimir Putin müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Çin vətəndaşları üçün 14 sentyabr 2026-cı il tarixinədək Rusiyaya vizasız giriş hüququ tanınıb.

Bir müddət qabaq Çin hökuməti də Rusiya vətəndaşları üçün oxşar addım atıb. Belə ki, ruslar da Çinə məhz 14 sentyabr 2026-cı ilədək vizasız gedə biləcəklər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Çin   viza   ləğv  



Xəbər lenti